Rafael Leao "Milan"dan gedir

Xəbərlər
7 İyun 2025 01:17
59
Rafael Leao "Milan"dan gedir

"Milan"ın cinah hücumçusu Rafael Leao komandanı tərk etmək arzusundadır.

İdman.biz xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə klub rəhbərliyini məlumatlandırıb.

İtaliyalı təmsilçisi Rafaelin satışından 70 milyon gəlir əldə etmək arzusundadır. Leao ilə "Bavariya"nın maraqlandığı xəbərləri yayılıb. Onun komandanı tərk edəcək Leroy Sane və Kinqsli Komanı əvəzetməsi planlaşdırılıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu 50 oyunda 12 qol vurub, 13 ötürmə verib.

İdman.biz