"Arsenal" 20 futbolçu ilə vidalaşıb

Xəbərlər
4 İyun 2025 18:57
79
"Arsenal" 20 futbolçu ilə vidalaşıb

İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" 20 futbolçu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən açıqlama yayılıb.

Onların arasında Jorjinyo, Rahim Sterlinq, Kiran Tirni və Neto kimi oyunçuların adları var. "Arsenal" Tomas Parti ilə danışıqları davam etdirir. Qanalı futbolçu ilə razılaşma əldə olunarsa, onunla yeni müqavilə bağlanacaq.

Qeyd edək edək ki, London təmsilçisi Premyer Liqanı 2-ci pillədə başa vurub. Komanda Çempionlar Liqasında isə mübarizəni yarımfinalda dayandırıb.

İdman.biz