"Fənərbaxça" Edin Dzeko ilə vidalaşıb

Xəbərlər
30 May 2025 20:15
51
"Fənərbaxça" Edin Dzeko ilə vidalaşıb

"Fənərbaxça" Edin Dzekonun gələcəyi ilə bağlı qərarı açıqlayıb.

İdman.biz xəbər ki, İstanbul təmsilçisi 39 yaşlı hücumçu ilə yeni müqavilə imzalamayacaq.

Klub sosial şəbəkə hesabında paylaşım edərək bosniya və herseqovinalı futboçuya təşəkkür edib. Dzeko 2023-cü ilin yayında "Fənərbaxça"ya keçib. O, komandanın heyətində 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Edinin karyerasını ərəb ölkələrindən birində davam etdirməsi gözlənilir.

İdman.biz