Simone İnzagi Çempionlar Liqasının finalından sonra "İnter"in baş məşqçisi vəzifəsini tərk edəcək.
İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İtaliya mətbuatı İnzaginin mayın 31-də PSJ ilə keçirilən həlledici oyunun nəticəsindən asılı olmayaraq qərarını verdiyini yazıb. O, "Əl-Hilal"la danışıqları baş vurub. Simone orada ilə 25 milyon dollar qazanacaq.
"İnter" onun rəhbərliyi ilə 2024/2025 mövsümündə A Seriyasını ikinci pillədə başa vurub. İnzaginin komandası ötən il İtaliya çempionu titulunu qazanıb.
Qeyd edək ki, az əvvəl İnzagi ailəsi ilə birlikdə Ər-Riyada səfər edib və klubun bazasına baş çəkib. O, komandada çıxış edən Sergey Milinkoviçin-Saviçin qonağı olub.
İdman.biz