İspaniya Superkubokunun yarımfinal cütləri bəlli olub

Xəbərlər
19 May 2025 22:43
43
İspaniya Superkubokunun yarımfinal cütləri bəlli olub

İspaniya Superkuboku-2025-in bütün iştirakçılarının adları dəqiqləşib.

İdman.biz xəbər verir ki, turnirdə La Liqada ilk 4 pillədə qərarlaşan komandalar qarşılaşacaqlar.

Reqlmentə əsasən turnirə ölkə kubokunun finalçıları ilə çempionatda ilk pillələrdə qərarlaşan klublar vəsiqə qazanırlar. Kubokun həlledici matçında qarşılaşan "Barselona" ilə "Real" La Liqada da 1-2-ci yerləri tutublar. Nəticədə mövsümün 3-cü və 4-cü pillədə vuran "Atletiko" və "Atletik" Superkubokda oynamaq hüququ əldə ediblər.

2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanında baş tutacaq turnirin yarımfinalında "Barselona" "Atletik"lə, "Real" isə "Atletiko" ilə qarşılaşacaq.

Qeyd edək ki, İspaniya Superkubokunun son qalibi "Barselona" olub.

İdman.biz