"Bavariya"nı tərk edəcək Erik Dayerin yeni komandası bəlli olub.
İdman.biz xəbər verir ki, ingilis müdafiəçi 2025/2026 mövsümündə "Monako"nun şərəfini qoruyacaq.
Bu barədə knyazlıq klubunun mətbuat xidməti açıqlama yayıb. Açıqlamada Dayerin iyunun 1-dən etibarən "Monako"nun futbolçusu olacağı bildirilir.
Qeyd edək ki, Erik başa çatmaqda olan mövsümdə "Bavariya"nın heyətində 27 oyunda meydana çıxıb. O, 3 qol və 1 ötürmə ilə yadda qalıb.
İdman.biz