"Barselona"nın cinah hücumçusu Rafinya Çempionlar Liqasında Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.
İdman.biz xəbər verir ki, braziliyalı futbolçu turnirin cari mövsümündə 21 qolun vurulmasında iştirak edib.
Rafinyanın hesabında 12 qol və 9 ötürmə var. Kriştiano isə 2013/2014 mövsümündə 21 qolun təşkilində pay sahibi olub.
Qeyd edək ki, Rafinyanın qolu sayəsində "Barselona" hesabda önə keçsə də üstünlüyünü qoruya bilməyib və yekunda uduzub - 3:4.
İdman.biz