MLS-də qeyri-adi qələbə

Xəbərlər
6 May 2025 18:06
37
MLS-də qeyri-adi qələbə

MLS-də qeyri-adi hadisə baş verib.

İdman.biz xəbər verir ki, “Sportinq Kanzas” “Los-Anceles Qalaksi” üzərində qələbəsi unikal alınıb.

Meydan sahibləri 90 dəqiqə ərzində rəqib qapısının çərçivəsinə bir dəfə də zərbə endirməyib. Buna baxmayaraq, Kanzas təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Bunun futbol tarixində çərçivəyə zərbə vurmayan komandanın qalib gəldiyi ilk matç sayıldığı iddia olunur.

Qeyd edək ki, qarşılaşmanın taleyini Maya Yoşidanın avtoqolu həll edib.

İdman.biz