"Betis"dən Vinisiusa göndərmə: "Qızıl topa yalnız bir namizəd var"

Xəbərlər
6 May 2025 21:28
32
"Betis"dən Vinisiusa göndərmə: "Qızıl topa yalnız bir namizəd var"

"Betis"in rəsmi sosial şəbəkə hesabı Antoni və Vinisius Junior arasında müqayisə aparıb.

İdman.biz xəbər verir ki, paylaşım "Qızıl top-2025 mükafatına yalnız bir namizəd var" adlandırılıb.

Antoninin qışda "Mançester Yunayted"dən "Betis"ə icarəyə verilməsindən sonra iki futbolçunun statistikaları müqayisə olunub. Antoni bu müddətdə meydana çıxdığı 20 oyunda 7 qol və 4 ötürmə ilə yadda qalıb. "Real"ın vingeri isə həmin dövrdə 24 oyunda 5 qol vurub və 3 ötürmə verib.

Qeyd edək ki, Vinisius "Qızıl top-2024" mükafatını qazanmadığına görə, təltifetmə mərasimində iştirak etməmişdi.

İdman.biz