"Real" mövsümün sonuna kimi 3 müdafiəçisinin xidmətindən istifadə edə bilməyəcək.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Dünən əməliyyat olunan Antonio Rudigerə David Alaba və Florian Mendi də qoşulub. Rudiger və Mendi "Barselona" ilə keçirilmiş son oyunu zədə üzündən yarımçıq tərk ediblər. Alaba isə İspaniya kubokunun finalını kənardan izləyib. Onun sol dizində menisk yırtığı olduğu bəlli olub.
Bundan əvvəl "Real"ın müdafiə xəttində Dani Karvahal və Eder Militao uzun müddətə sıardan çıxıb.
Qeyd edək ki, "Real" çempionluq yarışında sona 5 tur qalmış lider "Barselona"dan 4 xal geri qalır.
İdman.biz