İspaniya kubokunun finalında qırmızı vərəqə alan Antonio Rudigerin cəzası bəlli olub.
İdman.biz xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın müdafiəçisini 6 oyun diskvalifikasiya edib.
Almaniyalı futbolçu matçın əlavə vaxtının son dəqiqələrində hakimə qarşı kobud davranışla yadda qalmışdı. Nəticədə Antonio 6 oyunu kənardan izləməli olacaq. 32 yaşlı futbolçu La Liqada mövsümün qalan 5 görüşündə - "Selta", "Barselona", "Malyorka", "Sevilya" və "Real Sosyedad"la matçlarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" "Real"a 3:2 hesabı ilə qalib gəlib.
İdman.biz