"Tottenhem" gənc futbolçu ilə müqaviləni uzadıb

Xəbərlər
30 Aprel 2025 00:12
245
"Tottenhem" gənc futbolçu ilə müqaviləni uzadıb

"Tottenhem" gənc futbolçu Lukas Berqvalla yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, isveçli yarımmüdafiəçi ilə razılaşmanın müddəti 2031-ci ilədək uzadılıb.

19 yaşlı ötən yayda London klubunun heyətinə "Yurqorden"dən keçib. Lukasın transfer qiyməti 25 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Berqvall bu mövsümdə 45 oyunda meydana çıxıb. O, bu görüşlərdə bir qol və dörd ötürmə ilə yadda qalıb.

İdman.biz