İtaliya yığması aparıcı müdafiəçisini itirib

Xəbərlər
21 Mart 2025 22:52
99
İtaliya yığması aparıcı müdafiəçisini itirib

UEFA Millətlər Liqasının 1/4 finalında mübarizə aparan İtaliya yığması aparıcı futbolçularından birini itirib.

İdman.biz xəbər verir ki, Almaniya ilə ilk oyundan sonra Rikardo Kalafiorinin zədələndiyi məlum olub.

22 yaşlı müdafiəçinin cavab matçında meydana çıxa bilməyəcəyi bəlli olub. O, doğma azarkeşlər qarşısında 1:2 hesabı ilə yekunlaşan oyunda dizindən zədələnib.

Qeyd edək ki, Almaniya - İtaliya cavab görüşü martın 23-də keçiriləcək.

İdman.biz