Rafinya yayda "Barselona"nı tərk etməyə yaxın olub

Xəbərlər
21 Mart 2025 22:19
75
Rafinya yayda "Barselona"nı tərk etməyə yaxın olub

"Barselona"nın cinah hücumçusu Rafinya yayda komandanı tərk etməyə yaxın olub.

İdman.biz xəbər verir ki, braziliyalı futbolçu müsahibəsində bu barədə deyib.

"Hər gün komandanı tərk edəcəyim barədə xəbərlər gəlirdi. Özüm artıq "Barselona"dan getmək barədə düşünürdüm, ona görə ki, özümü pis hiss edirdim. İnsanların kluba lazım olmadığımı və getməyimi dediklərini görürdüm. Amma Amerika kubokundan sonra baş məşqçimiz Hans-Diter Flik mənə zəng edib məşqə qoşulmağımızı istədi. Onunla danışıqlar qərarımda həlledici oldu".

Qeyd edək ki, mövsümü yüksək səviyyədə keçirən Rafinya "Qızıl top" mükafatını qazanmağa əsas namizəddir. Rafinya 42 oyunda 27 qol və 20 ötürməlik statistika göstərib.

İdman.biz