Kay Haverts üçün mövsüm bitib

12 Fevral 2025 19:39
264
Kay Haverts üçün mövsüm bitib

"Arsenal" hücumçusu Kay Haverts üçün mövsüm bitib.

İdman.biz xəbər verir ki, almaniyalı futbolçu zədə üzündən meydana çıxa bilməyəcək.

Haverts Dubayda keçirilən məşqdə zədələnib. Onun əməliyyat olunub-olunmayacağı dəqiqləşməyib.

Qeyd edək ki, Kay bu mövsümdə 34 oyunda 15 qol vurub. 5 ötürmə edib. O, 2023-cü ildən "Arsenal"da çıxış edir.

İdman.biz