"Mançester Siti" İngiltərə kubokunda böyükhesablı qələbə qazanıb.
İdman.biz xəbər verir ki, mançesterlilər "Solford"un qapısından 8 cavabsız qol keçiriblər.
"Şəhərlilər" 2019-cu ilin sentyabrından sonra ilk dəfə 8 top fərqi ilə qalib gəlib. Xosep Qvardiolanın komandası 5 il əvvəl eyni hesabla "Uotford"u məğlub edib.
Qeyd edək ki, "Mançester Siti" tarixində ən fərqli qələbəni 1890-cı ildə qazanıb. Komanda "Liverpul Stenli"dən 12:0 hesabı ilə güclü olub.
İdman.biz