Rəqiblərimizin oyunundan öncə 2 azarkeş güllələnib

Xəbərlər
16 Oktyabr 2023 23:50
299
Rəqiblərimizin oyunundan öncə 2 azarkeş güllələnib

AVRO-2024-ün seçmə mərhələsinin Belçika – İsveç oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, Brüsseldə skandinaviyalıların 2 azarkeşi güllələnib.

Yerli polis bu hadisəni terror aktı kimi dəyərləndirib.

Qeyd edək ki, Belçika və İsveç Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

İdman.biz