"Milan" məhkəmədə Bobana uduzub

Xəbərlər
22 Noyabr 2024 19:16
86
"Milan" məhkəmədə Bobana uduzub

Zvonimir Boban məhkəmədə keçmiş klubu "Milan"a qalib gəlib.

İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi xorvatiyalı mütəxəssisə 4,8 milyon avro kompensasiya ödəyəcək.

Boban 2019-2020-ci illərdə "Milan"da idman direktoru vəzifəsində çalışıb. Milanlıların CEO-su İvan Qazidisin onu klubun imicini zədələdiyi üçün komandadan qovulduğunu bildirmişdi. Bu fikirlə razı olmayan xorvatiyalı klubu məhkəməyə verib və onun lehinə qərar çıxarılıb.

Qeyd edək ki, Zvonimir futbolçu kimi də "rossonoyerlilər"in heyətində çıxış edib. O, "qırmızı-qara" formada 178 oyunda 21 qol vurub.

İdman.biz