Fil Dişi Sahilinin 2024-cü ildə ev sahibliyi edəcəyi Afrika Millətlər Kubokunun qrupları müəyyənləşib.
İdman.biz xəbər verir ki, 6 qrupda 24 milli komanda qalib adı uğrunda mübarizə aparacaq.
Yanvarın 13-də başlayacaq turnir 11 fevralda başa çatacaq.
A qrupu: Fil Dişi Sahili, Nigeriya, Ekvador Qvineyası, Qvineya-Bisau
B qrupu: Misir, Qana, Kapo Verde, Mozambik
C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya
D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola
E qrupu: Tunis, Mali, Cənubi Afrika Respublikası, Namibiya
F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya
Qeyd edək ki, Afrika Millətlər Kuboku bu il iyun-iyul aylarında təşkil olunmalı idi. Lakin Fil Dişi Sahilindəki əlverişsiz hava şəraiti səbəbindən 2024-cü ilə təxirə salınıb.
İdman.biz