“Qalatasaray”dan dalbadal 5-ci qələbə - VİDEO

Xəbərlər
26 Sentyabr 2023 23:39
123
“Qalatasaray”dan dalbadal 5-ci qələbə - VİDEO

Türkiyə Superliqasında “Qalatasaray” növbəti 3 xalını qazanıb.

İdman.biz-in məlumatına görə, bu rəqib meydançasında “İstanbulspor”la oyuna təsadüf edib.

Avropkuboklardakı çıxışa görə 3-cü turda təxirə salınan görüş bu gün keçirilib. Türkiyə çempionu autsayderlər qrupunda yer alan rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunun müəllifi Mauro İkardi olub.

İlk turda heç-heçə oynayan “Qalatasaray” Türkiyə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb.

İdman.biz