“Bayer”dən geridönüş, “Bavariya” öz meydanında uduzub

Xəbərlər
30 Mart 2024 23:44
622
“Bayer”dən geridönüş, “Bavariya” öz meydanında uduzub

Almaniya Bundesliqasında 27-ci turun 6 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, matçlar qonaqların üstünlüyü ilə keçib.

Yalnız lider “Bayer” öz meydanında qələbə qazanıb. Erkən qol buraxan Leverkuzen klubu 88-ci və 90+1-ci dəqiqələrdə iki dəfə fərqlənib. Bu qələbədən sonra Xabi Alonsonun yetirmələri çempionluğa bir addım da yaxınlaşıblar. 73 xal toplayan “Bayer” 2-ci pillədə qərarlaşan “Bavariya”nı 13 xal qabaqlayır. Münhen klubu öz meydanında Dortmund “Borussiya”sına uduzub.

Almaniya Bundesliqası
27-ci tur

“Borussiya M” – “Frayburq” – 0:3
“Bayer” – “Hoffenhaym” – 2:1
“Ayntraxt” – “Union Berlin” – 0:0
“Leypsiq” – “Maynts” – 0:0
“Verder” – “Volfsburq” – 0:2
“Bavariya” – “Borussiya D” – 0:2

İdman.biz