"Birinci oyunu da bu cür oynamışdıq. Onda da müdafiəçilərimiz çox idi. Böyük stadion idi, ağır atmosferdə oynayırdıq. İlk hissədə 0:0 olmasını istəyirdik ki, ikinci hissədə dəyişikliklər edək".
İdman.biz xəbər verir ki, bunu "Şelburn"un baş məşqçisi Con Obrayan Çempionlar Liqasında II təsnifat mərhələsinin "Qarabağ"la cavab görüşündən sonra deyib.
- Növbəti mərhələdə hansı rəqiblə oynamaq istəyərdiz, FCSB, yoxsa "Şkendiya"?
- Buna qədər onu fikirləşmirdik. Bu oyuna fokuslanmışdıq. Hər ikisi güclüdür.
- "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinə düşmək potensialını görürsüz?
- "Qarabağ"ın elə təcrübəsi var. İllərdir ki, avrokuboklarda oynayırlar. Yaxşı oyunçuları var. Getdikcə oyunlar daha da çətinləşəcək.
- Məğlubiyyətinizin səbəbini nədə görürsüz? Siz yaxşı oynamadız, yoxsa "Qarabağ" güclü idi?
- Dublində ikinci hissədə qol şanslarımız var idi. Səhvlər edərək, qollar buraxdıq. Bugünkü oyuna da yaxşı hazırlaşmışdıq. Təəssüf ki, birinci hissənin sonunda buraxdığımız qol oldu. Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı.
- Sizcə, "Qarabağ"a qarşı doğru taktika seçmişdiz?
- Çox səhv etmirəm. 1:0-dan sonra imkanlarımız var idi. "Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur.
İdman.biz