Alar kəndinin uşaqları meydança həsrətində - VİDEO

Xəbərlər
31 İyul 2025 17:54
55
Alar kəndinin uşaqları meydança həsrətində - VİDEO

Yardımlı rayonunun Alar kəndində uşaqların idman bacarıqları üçün şərait yoxdur. Kənd sakinlərinin sözlərinə görə, burada heç bir futbol meydançası və ya stadion yoxdur.

İdman.biz Cenublu.az-a istinadən xəbər verir ki, bu səbəbdən uşaqlar kəndin küçələrində, toz-torpağın içində oynamaq məcburiyyətində qalırlar.

Sakinlər bildirirlər ki, kənddə azı bir stadionun tikilməsi həm uşaqların sağlam inkişafına, həm də onların idman istedadlarının üzə çıxmasına kömək edərdi. Hər il Alar kəndində onlarla istedadlı uşaq yalnız meydansızlıq səbəbindən “sönür” və bu, kənd ictimaiyyətini ciddi narahat edir.

Sakinlər aidiyyəti qurumlardan bu problemi nəzərə almağı və kənddə futbol meydançası tikilməsini xahiş edirlər.

İdman.biz