“Arsenal” olmasa, “Barselona”

Xəbərlər
28 Mart 2024 21:37
“Arsenal” olmasa, “Barselona”

İtaliyalı futbolçu Jorjinyo yayda “Arsenal”ı tərk edə bilər.

İdman.biz xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.

London klubu ilə Jorjinyo arasındakı müqavilə mövsümün sonunda bitəcək. Əvvəllər futbolçunun “Arsenal”dan gedəcəyi proqnozlaşdırılsa da, indi vəziyyət dəyişib. O, ilk olaraq, “topçular”la danışıqlar aparacq. Tərəflər razılığa gəlməsə, Jorjinyo “Barselona” variantına üstünlük verəcək.

Qeyd edək ki, İtaliya yığmasının üzvü bu mövsümdə 28 oyunda 1 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz