Kross: “Münhenə dönməyəcəm”

Xəbərlər
13 Fevral 2024 01:24
205
Kross: “Münhenə dönməyəcəm”

Toni Kross “Bavariya” dönəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İdman.biz xəbər verir ki, almaniyalı futbolçu bununla bağlı açıqlama verib.

Açıqlamada Münhen klubunun diqqətini yüksək qiymətləndirən Toni bu keçidin baş verməyəcəyini bildirib: “Gəlin bir məsələni aydınlaşdıraq – mən “Bavariya”ya dönməyəcəm. Münhenlilərin marağı mənim üçün böyük qürurdur”.

Kross 2007-2014-cü illərdə “pivəçilər”in şərəfini qoruyub. 2014-cü ildə “Real”a keçən təcrübəli yarımmüdafiəçinin komanda ilə müqaviləsi yayda bitəcək. O, gələcəyi ilə bağlı yekun qərar verməyib. Toninin mövsümün sonunda “Yuventus”a keçəcəyi xəbərləri də yayılıb.

Qeyd edək ki, almaniyalı futbolçu 2023/2024 mövsümündə 30 oyunda 1 qol vurub, 7 dəfə ötürmə edib.

İdman.biz