Ferdinand: “Keynin statistikası sadəcə dəlilikdir, “Qızıl top”u almalıdır”

7 Oktyabr 2026 01:34
96
Ferdinand: “Keynin statistikası sadəcə dəlilikdir, “Qızıl top”u almalıdır”

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq futbolçusu Rio Ferdinand “Qızıl top” mükafatının “Bavariya”da çıxış edən İngiltərə millisinin kapitanı Harri Keynə verilməli olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, İngiltərə millisinin sabiq müdafiəçisi Harri Keynin bu mövsümkü göstəricilərini yüksək qiymətləndirib.

“Harri Keynin statistikası sadəcə dəlilikdir... O, “Qızıl top”u almalıdır”, – Ferdinand sosial şəbəkə hesabında yazıb.

Hücumçu Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Çexiya ilə matçda (3:0) dubl edib. Harri Keyn cari mövsümdə milli komanda və “Bavariya”nın heyətində keçirdiyi 11 oyunda 12 qol vurub və üç məhsuldar ötürmə edib.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusuna verilən mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İdman.Biz