Çili millisinin futbolçusu Arturo Vidal sosial şəbəkədə “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messiyə həsr olunmuş paylaşım edib.
İdman.Biz xəbər verir ki, Vidal Messiyə arzularını bildirməklə yanaşı onu yadplanetlilər tarixinin ən yaxşısı kimi təqdim edib.
“Bu gün ölkən üçün sonuncu matçına çıxacaqsan, dostum. Sənə hər zaman ən yaxşısını arzulayıram. Yadplanetlilər tarixinin ən yaxşısı”, – deyə Vidal Messi ilə fotosunu paylaşaraq yazıb.
Arturo Vidal 2018-2020-ci illərdə, Messi isə 2003-2021-ci illərdə “Barselona”da çıxış edib.
Bu gecə Bakı vaxtı ilə saat 02:00-da Messi milli komandada sonuncu matçına çıxacaq.
