“Man Siti”də futbolçular kluba qarşı mümkün iddialara hazırlaşır

1 Oktyabr 2026 20:59
71
“Man Siti”də futbolçular kluba qarşı mümkün iddialara hazırlaşır

“Mançester Siti”nin futbolçuları və onların nümayəndələri kluba qarşı mümkün iddialarla bağlı hüquqşünaslarla əlaqə saxlayıblar.

İdman.Biz “Sky Sports"a istinadən xəbər verir ki, oyunçular həm titulun itirilməsi, həm də Çempionlar Liqasına düşməmək səbəbindən əldən verilmiş potensial bonuslarla bağlı hüquqşünaslarla məsləhətləşirlər.

Sentyabrın 29-da İngiltərə Premyer Liqası müstəqil komissiyanın “Mançester Siti”nin 2009/2010–2017/2018 mövsümləri ərzində maliyyə qaydalarını pozmaqda təqsirli bilindiyini təsdiqləyib.

Qeyd olunur ki, “şəhərlilər” bunu klubun gəlirlərini süni şəkildə artırmaq və xərclərini 900 milyon funt-sterlinqdən çox azaltmaq məqsədilə ediblər.

İdman.Biz