Tuxel Keynin 100 qoluna inanır: “Bunu 13 oyunda edə bilər”

1 Oktyabr 2026 00:09
88
Tuxel Keynin 100 qoluna inanır: “Bunu 13 oyunda edə bilər”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandanın kapitanı Harri Keynin qol rekordları ilə bağlı iddialı açıqlama verib.

İdman.Biz xəbər verir ki, alman mütəxəssis 33 yaşlı hücumçunun qarşıdakı 13 oyunda milli komandadakı qol sayını 100-ə çatdıra biləcəyinə inanır.

Keyn UEFA Millətlər Liqasında Çexiya ilə matçda (2:0) fərqlənərək İngiltərə millisinin heyətində 87-ci qolunu vurub. Beynəlxalq karyerasında 100 qol həddinə indiyədək yalnız üç futbolçu - Kriştianu Ronaldu (146), Lionel Messi (125) və Əli Daei (108) çatıb.

Tuxel bildirib ki, İngiltərə gələcəkdə Keyn kimi unikal hücumçunu əvəz etməli olacaq. Bununla belə, hazırda əsas diqqətin 33 yaşlı futbolçunun məhsuldarlığından maksimum yararlanmağa yönəldiyini vurğulayıb.

İdman.Biz