Almaniya millisinin baş məşqçisi Yurgen Klopp sosial şəbəkələrdə komandanın futbolçularına ünvanlanan irqçi şərhlərə münasibət bildirib.
İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, baş məşqçi sosial şəbəkələrdə komandanın oyunçuları ilə bağlı yazılan tənqidləri “dəlilik” adlandırıb.
“Mən bunu görməmişəm. Məncə, bu insanlara fikir sərf etmək üçün heç bir səbəb yoxdur. Real həyatda da, sosial şəbəkələrdə də səfehliklərə vaxtım çox azdır. Həyatımızdakı böyük problemlərdən biri odur ki, hər kəs sosial şəbəkələrdə öz fikrini bildirə bilər. İnsanlar axmaq-axmaq danışırlar, bu, dəlilikdir. Komandamız bundan daha çox monolit ola bilməzdi. Dünya idmançıların soyunub-geyinmə otağından nəsə öyrənə bilərdi”, – deyə Klopp bildirib.
Bəzi istifadəçilər Almaniya yığmasının “kifayət qədər alman” və “kifayət qədər ağ dərili” olmadığını iddia ediblər.
Qeyd edək ki, Almaniya millisi Millətlər Liqasında keçirdiyi iki oyundan sonra 1 xal toplayıb və 2-ci qrupda üçüncü pillədə qərarlaşıb.
