Adrian Mutu: “Məşqçi kimi mənə heç yerdə şans verilməyib”

Xəbərlər
27 Yanvar 2024 11:21
856
Adrian Mutu: “Məşqçi kimi mənə heç yerdə şans verilməyib”

"Heç kimə heç nə sübut etmək istəmirəm. Əgər buradayamsa, buna layiq olduğum üçündür, elə deyilmi?".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib.

Hazırda Rumıniyanın ÇFR-ini çalışdıran mütəxəssis 23-cü turun "Voluntari"yə qarşı matçından öncə gəlişinə etiraz edənləri qınayıb: "Mənə onların nə deməsi maraqlı deyil. İnanın, məşqçi kimi işləyəndən mənə heç yerdə şans verilməyib. Hamı məni tənqid edir, ümumiyyətlə, bir futbolçu kimi də məni tənqid edirdilər".

Qeyd edək ki, Mutunun ən uzun məşqçilik dönəmi "Rapid"dən (54 oyun) sonra "Nefçi"də olub. O, paytaxt klubunu 24 matçda çıxarıb.

İdman.biz