“Tottenhem”, “Yuventus” və “Milan” “Bavariya”nın müdafiəçisini istəyir

21 Sentyabr 2026 19:07
23
“Tottenhem”, “Yuventus” və “Milan” “Bavariya”nın müdafiəçisini istəyir

“Bavariya”nın koreyalı futbolçusu Kim Min Ce bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.

İdman.Biz xəbər verir ki, “Tottenhem”, “Aston Villa”, “Yuventus” və “Milan” koreyalı futbolçunun vəziyyətini izləyir.

İnsayder Ekrem Konurun yaydığı məlumata görə, bəzi klublar “Bavariya”da heyətə düşmək uğrunda rəqabətdə uduzan müdafiəçini yanvar ayında icarəyə götürmək variantını nəzərdən keçirir.

Kim Min Ce “Napoli”dən “Bavariya”ya keçib. O, İtaliya klubunda çıxış etdiyi dönəmdə ölkə çempionu olub və A Seriyasının ən yaxşı müdafiəçisi seçilib.

Futbolçu cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 5 matç keçirib. “Transfermarkt” onun bazar dəyərini 20 milyon avro (40 milyon manat) qiymətləndirir.

İdman.Biz