“Əl-Əhli”nin futnolçusu Eduard Mendi Seneqal milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı qolkiper sosial şəbəkələrdə milli komandadakı oyunlarından fraqmentlərin əks olunduğu videonu paylaşaraq, “Təşəkkürlər, Seneqal”, – deyə qeyd edib.
Eduard Mendi millinin heyətində 60 matç keçirib və 2021-ci il Afrika Millətlər Kubokunun qalibi olub. O, həmçinin 2019 və 2025-ci illərdə turnirin gümüş mükafatçısı adını qazanıb.
2026-cı ildə Mendi “France Football” versiyasına görə dünyanın ən yaxşı qapıçısı mükafatına namizəd göstərilib. Daha əvvəl “Çelsi” və “Renn” klublarında çıxış edən qolkiper London təmsilçisinin heyətində 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.
DÇ-2026-da qolkiper iki oyun keçirib və altı qol buraxıb.
