“Real Madrid”in əfsanəsi Raul Qonsales komandanın Çempionlar Liqasının ilk turunda “İnter” üzərində qazandığı 2:1 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı keçmiş futbolçu Vinisius Juniorun xüsusilə topsuz oyundakı fədakarlığını yüksək qiymətləndirib.
“O, müdafiədə çox fədakar idi. Komandaya böyük töhfə verdi və komanda yoldaşları kimi müdafiəyə kömək etdi. Hücumda ən yaxşı səviyyəsində deyildi və daha sonra Mourinyo onu təbrik etdi”, – deyə Raul “Mundo Deportivo”ya açıqlamasında bildirib.
Bununla belə, Raul “Santyaqo Bernabeu” stadionunda azarkeşlərin Vinisiusu fitə basmasından sonra braziliyalıya xəbərdarlıq edib.
“O bilməlidir ki, “Bernabeu” azarkeşləri çox tələbkardır və həmişə maksimumu istəyirlər”, – deyə o qeyd edib.
Raul Vinisiusun yaxın zamanda əvvəlki formasına qayıdacağına əmin olduğunu da vurğulayıb:
“O, hazırda ən yaxşı formasında deyil. Amma əminəm ki, bir-iki həftə ərzində əvvəlki maksimum səviyyəsinə qayıdacaq. O, heç vaxt təslim olmayan və həmişə ən yaxşı olmağa çalışan futbolçudur”.
