“Bavariya” Keynlə müqaviləni uzatmaq istəyir, Musialanın durumu da rəhbərliyi sevindirir

7 Sentyabr 2026 05:21
87
“Bavariya” Keynlə müqaviləni uzatmaq istəyir, Musialanın durumu da rəhbərliyi sevindirir

Almaniyanın “Bavariya” klubunun baş icraçı direktoru Yan-Kristian Dreesen komandanın iki əsas futbolçusu - Harri Keyn və Camal Musiala ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Dreesen “Doppelpass” proqramında Keynlə müqavilənin uzadılması məsələsində tərəflərin mövqeyinin eyni olduğunu bildirib.

“Aramızda çox rahat münasibət var. Hər iki tərəfin müqaviləni uzatmaq istədiyi aydındır. Müqavilənin müddəti isə burada müzakirə etməyəcəyim xırda detallardan biridir”, - Dreesen deyib.

Münhen klubunun rəhbəri Musialanın durumundan da razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, almaniyalı yarımmüdafiəçi məşqlərdə yaxşı təsir bağışlayıb.

“Camal çox yaxşı məşq etdi. Vinsent Kompaninin onu heyətə daxil etməsini və oyun dəqiqələri verməsini çox yaxşı qarşıladım. O, Musialanı oyun hələ həll olunmamış meydana buraxdı. Bu da ona nə qədər güvəndiyini göstərir”, - Dreesen əlavə edib.

İdman.Biz