“Atletiko”dan Xulian Alvaresə dəstək: “Qollarına ehtiyacımız var”

6 Sentyabr 2026 16:05
62
“Atletiko”dan Xulian Alvaresə dəstək: “Qollarına ehtiyacımız var”

İspaniyanın “Atletiko” klubunun futbolçuları "Atletik"lə oyundan sonra komandanın hücumçusu Xulian Alvaresə dəstək nümayiş etdiriblər.

İdman.Biz xəbər verir ki, argentinalı hücumçu La Liqanın dördüncü turunda “Atletik”lə matçda yenidən meydana qayıdıb. O, əvvəlki turda “Sevilya” ilə görüşü səhhətində yaranan problem səbəbindən buraxmışdı. Yay transfer pəncərəsində “Barselona”ya mümkün keçidi baş tutmayan Alvares mövsümün qalan hissəsini Madrid klubunda keçirəcək.

30 yaşlı futbolçu “Atletik”lə oyuna ehtiyatdan başlayıb və hesab 2:0 olarkən meydana daxil olub. Alvares ikinci hissədə komandasının ən təhlükəli epizodlarından birini yaradıb, lakin onun zərbəsini Unai Simon dəf edib.

Markos Lyorente hücumçunun komanda üçün böyük əhəmiyyət daşıdığını bildirib:

“Xulian bizim üçün çox vacib futbolçudur. Onun qollarına ehtiyacımız var. Onu dəstəkləməliyik ki, mümkün qədər tez 100 faiz hazır olsun”.

David Hantsko da Alvaresin son günlər daha istəkli göründüyünü qeyd edib. Slovakiyalı müdafiəçi komandanın argentinalının yanında olduğunu vurğulayıb:

“O, bizim üçün fərq yaradır. Burada qalmasına çox şadam. Bütün komanda onu dəstəkləyir. Bizim ona ehtiyacımız var, düşünürəm ki, onun da bizə ehtiyacı var”.

Giuliano Simeone isə komandanın Alvaresin ötən mövsümdəki ritmini yenidən tapması üçün ona kömək edəcəyini söyləyib. “Atletiko”nun yeni kapitanlarından Pablo Barrios da transfer pəncərəsinin bağlanmasından sonra hücumçunun ən azı mövsümün sonuna qədər komandada qalacağının aydın olduğunu bildirib.

İdman.Biz