UEFA Çempionlar Liqasının ilk turunda keçiriləcək “Real” - “İnter” matçının hakimləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, Madriddə, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq qarşılaşmanın baş hakimi ingiltərəli Maykl Oliver olacaq. VAR-da isə onun həmyerlisi Maykl Solsberi çalışacaq.
Bu, Oliverin “Real”ın avrokubok oyununu altıncı dəfə idarə etməsi olacaq. Madrid təmsilçisi onun baş hakim olduğu əvvəlki beş görüşdə üç qələbə qazanıb, iki dəfə uduzub. Son belə matç ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya qarşı olub.
İngiltərəli referi “İnter”in avrokubok oyunlarında isə indiyədək dörd dəfə fit çalıb. Milan klubu bu qarşılaşmalarda məğlub olmayıb - üç qələbə qazanıb, bir dəfə heç-heçə edib. Sonuncu belə oyun ötən mövsüm Amsterdamda “Ayaks”a qarşı keçirilib və “İnter” 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu görüş Joze Mourinyonun “Real”ın baş məşqçisi kimi avrokuboklarda ilk matçı olacaq. Portuqaliyalı mütəxəssis 2010-cu ildə “İnter”i Çempionlar Liqasının qalibi edib.
