“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yeni transfer olunan futbolçu Qabriel Jezusun La Liqanın dördüncü turunda “Valensiya” ilə matçda debüt edə biləcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Flik “Mundo Deportivo”ya açıqlamasında Qabriel Jezusun hələ meydana çıxmağa tam hazır olmadığını bildirib.
“Qabriel hələ 100 faiz hazır deyil, lakin artıq bir neçə dəqiqə oynaya bilər. İkinci yarıda meydana çıxmaq ehtimalı var. Onun gəldiyi vəziyyət və ondan gördüklərim mənim çox xoşuma gəldi. Hətta 100 faiz hazır olmadan da o, artıq meydana çıxmağa qadirdir. Oyunun necə gedəcəyindən asılı olaraq, bu, matçın ikinci yarısı üçün variantlardan biridir”, – deyə baş məşqçi açıqlamasında deyib.
Qeyd edək ki, Kataloniya klubu braziliyalı hücumçunu “Arsenal”dan transfer edib.
