İngiltərənin “Liverpul” futbol klubu “Sent-Etyen”in 18 yaşlı hücumçusu Silian Nqessanın transfer olunduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, yay transfer pəncərəsinin sentyabrın 1-də bağlandığına görə futbolçu rəsmi olaraq yanvarda mersisaydılara qoşulacaq, bu müddətə qədər isə icarə əsasında “Brest”də çıxış edəcək.
Transfer məbləği təxminən 5 milyon avro (10 milyon manat) təşkil edib, həmçinin sazişdə futbolçunun növbəti satışından faiz nəzərdə tutulan bənd yer alıb.
Qeyd edək ki, Silian Nqessa “Sent-Etyen”in heyətində 13 matç keçirib. O, 2025-ci il 20 yaşadək futbolçular arasında dünya çempionatında Fransa millisinin heyətində çıxış edib.
