“Nitsa” terror qurbanlarının xatirəsinə xüsusi formada oynayacaq - FOTO

3 Sentyabr 2026 17:28
98
“Nitsa” terror qurbanlarının xatirəsinə xüsusi formada oynayacaq - FOTO

Fransanın “Nitsa” futbol klubu şənbə günü “Le Man”a qarşı keçirəcəyi ev oyununda 2016-cı il terror aktı qurbanlarının xatirəsinə hazırlanan xüsusi üçüncü formada meydana çıxacaq.

İdman.Biz xəbər verir ki, klub yeni formasını təqdim edib.

Formanın üzərində terror aktında həyatını itirən 86 nəfəri simvolizə edən 86 ulduz yerləşdirilib. Qızılı rəngin də həmin ulduzların işığını ifadə etdiyi bildirilib.

Bundan başqa, formada ürək təsviri və faciə qurbanlarının adları yer alıb.

Qeyd edək ki, 2016-cı il iyulun 14-də Nitsada Fransanın milli bayramı zamanı yük maşını Promenade des Anglais-də insanların üzərinə sürülüb. Terror aktı nəticəsində 86 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

İdman.Biz
Məqalədə: