İspaniyanın “Barselona” futbol klubunun futbolçusu Lamin Yamal “Atletiko”nun hücumçusu Xulian Alvares barədə danışıb.
İdman.Biz “Diario Sport”a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun Kataloniya klubuna keçmək istəməsi ilə bağlı suala cavab verib.
“Hazırda hər şey qaydasındadır, bunu da görmək mümkündür. Kifayət qədər qol vururuq. Onun əla oyunçu olduğu bəllidir, amma əlimizdə olan heyətdən çox razıyam. Çox xoşbəxtəm, çox xoşbəxtəm”, – deyə Yamal bildirib.
Qeyd edək ki, Madrid təmsilçisi Alvaresi birbaşa rəqibinə satmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib. Alvares 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. Argentinalı ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 120 milyon avro (240 milyon manat) təşkil edir.
