“Qarabağ”ın rəqibi finala yüksəlib - VİDEO

Xəbərlər
24 Yanvar 2024 10:26
201
“Qarabağ”ın rəqibi finala yüksəlib - VİDEO

Portuqaliya Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi “Braqa” finala gedən yolda “Sportinq” ilə üz-üzə gəlib.

Matç Artur Jorjenin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Abel Ruiz vurub.

Qeyd edək ki, “Braqa”nın həlledici görüşdə rəqibi bu gün keçiriləcək “Benfika” - “Eştoril” matçında bəlli olacaq.

İdman.biz