İtaliano derbi öncəsi “Fənərbağça”nı təriflədi: “Çox yaxşı heyətə sahibdir”

1 Sentyabr 2026 09:13
93
İtaliano derbi öncəsi “Fənərbağça”nı təriflədi: “Çox yaxşı heyətə sahibdir”

“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano “Çorum” üzərindəki qələbədən sonra futbolçu almaq planlarından və “Fənərbağça” ilə qarşıdakı derbi barədə danışıb.

İdman.Biz bildirir ki, mütəxəssis Duşan Vlahoviçin het-trik etməsindən xoşbəxt olduğunu bildirib:

“Əgər doqquz nömrəniz üç qol vurursa, bu, möhtəşəm haldır. Müdafiəyə də kömək edirsə, daha da yaxşıdır. Vlahoviçin fiziki hazırlığı artdıqca çox yaxşı futbolçu olacaq. Onun bu axşam qol vurmaqla bağlı problemini geridə qoymasına görə xoşbəxtəm”.

İtaliano transfer çalışmalarının davam etdiyini də açıqlayıb: “Klub transfer üçün işlərini davam etdirir. Qarşıda bir neçə gün var. Nə olacağını mən də bilmirəm, amma klubun axtarışda olduğunu deyə bilərəm. Üç cəbhədə mübarizə aparırıq və bu zaman enerjini düzgün idarə etmək çox vacibdir”.

İtalyan baş məşqçi növbəti turda “Fənərbağça” ilə keçiriləcək İstanbul derbisi barədə də fikirlərini bölüşüb: “Bu, mənim ilk derbim olacaq. Çempionlar Liqasında oynayan çox yaxşı komandaya qarşı çıxış edəcəyik. “Fənərbağça” çox yaxşı heyətə sahibdir. Son oyunlarını izləmişəm, dəyərli futbolçuları var. Əlimizdən gələnin ən yaxşısını etmək istəyirik”.çe

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasının üçüncü turunda “Çorum”u 6:2 hesabı ilə məğlub edib.

İdman.Biz