Liqa 1: “Strasburq” “Lans”ı məğlub etdi, “Lion” xal itirdi

30 Avqust 2026 01:38
96
Liqa 1: “Strasburq” “Lans”ı məğlub etdi, “Lion” xal itirdi

Fransa Liqa 1-də ikinci turun növbəti oyunları keçirilib.

İdman.Biz bildirir ki, turun ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

“Strasburq” doğma meydanda “Lans”ı 2:1 hesabı ilə məğlub edib. “Oser” “Anje”yə 1:3 hesabı ilə uduzub.

“Brest” – “Tuluza” matçında 2:2 hesablı heç-heçə qeydə alınıb. “Loryan” isə evdə “Trua”ya 1:2 hesabı ilə məğlub olub.

Günün sonuncu oyununda “Olimpik” (Lion) “Havr”la 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, turun qalan 3 oyunu avqustun 30-da keçiriləcək.

İdman.Biz