Amrabat “Fənərbağça”dan ayrıldı, “Ayaks”a keçir

30 Avqust 2026 00:11
115
Amrabat “Fənərbağça”dan ayrıldı, “Ayaks”a keçir

Mərakeş millisinin futbolçusu Sofyan Amrabat “Fənərbağça” ilə müqaviləsini vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edib.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi azad agent statusu əldə etdikdən sonra “Ayaks”la şəxsi müqavilənin şərtləri barədə şifahi razılığa gəlib.

Amrabatla daha əvvəl ötən mövsüm icarə əsasında çıxış etdiyi “Betis” də maraqlanıb. O, La Liqada 17 oyunda meydana çıxıb. Lakin tərəflər arasında razılaşma əldə olunmayıb.

Mərakeşli futbolçu həmçinin Fars körfəzi regionundakı klubların maliyyə baxımından sərfəli təkliflərini rədd edərək karyerasını Avropada davam etdirməyə qərar verib.

Qeyd edək ki, Amrabat peşəkar karyerasının ilk illərində Niderlandda “Utrext” və “Feyenoord”un formasını geyinib.

İdman.Biz