Artetanın oğlunun fərqli göz rəngləri diqqət çəkdi

29 Avqust 2026 18:39
76
Artetanın oğlunun fərqli göz rəngləri diqqət çəkdi

İngiltərənin “Arsenal” futbol klubunun akademiyasında çıxış edən 17 yaşlı Qabriel Artetanın gözlərində heteroxromiya olduğu üzə çıxıb

İdman.Biz xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Artetanın oğlu Qabriel Artetanın akademiyanın profilində yer alan fotosu diqqət çəkib.

17 yaşlı yarımmüdafiəçinin gözlərinin müxtəlif rəngdə olduğu məlum olub. Heteroxromiya adlanan bu nadir xüsusiyyət zamanı gözlərin qüzehli qişaları fərqli rənglərdə olur. Bu vəziyyət əksər hallarda anadangəlmə olur və görmə qabiliyyətinə təsir etmir.

Qabrielin gözlərində mavi və qəhvəyi rənglərin birləşməsi diqqət çəkib.

İdman.Biz