Almaniya Bundesliqasının birinci turunda “Bavariya” doğma meydanda “Ştutqart”ı qəbul edib.
İdman.biz xəbər verir ki, Münhendə keçirilən görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 21-ci dəqiqədə “Bavariya”nın müdafiəçisi Dayo Upamekano açıb. İkinci hissənin əvvəlində Yoşa Vaqnomann bərabərlik qolunu vursa da, üç dəqiqə sonra Maykl Olise Münhen təmsilçisini yenidən önə keçirib.
57-ci dəqiqədə Vaqnomann avtoqola imza atıb. Qarşılaşmanın sonlarında Aleksandar Pavloviç və Luis Dias fərqlənərək “Bavariya”nın qələbəsini darmadağın hesabına çatdırıblar.
Beləliklə, Almaniyanın son çempionu yeni Bundesliqa mövsümünə inamlı qələbə ilə başlayıb.
İkinci turda “Bavariya” sentyabrın 5-də “Şalke-04”lə, “Ştutqart” isə bir gün əvvəl “Köln”lə qarşılaşacaq.
