Ronaldu “Əl-Nəsr”ə ardıcıl dördüncü qələbəni qazandırdı

29 Avqust 2026 06:46
85
Ronaldu “Əl-Nəsr”ə ardıcıl dördüncü qələbəni qazandırdı

Səudiyyə Ərəbistanı Pro Liqasının IV turunda “Əl-Nəsr” “Əl-Taavun”la qarşılaşıb.

İdman.biz xəbər verir ki, Ər-Riyaddakı “Əl-Əvvəl Park” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar 11-ci dəqiqədə Bassam Əl-Huraycinin qolu ilə hesabı açıblar. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Samu Koşta “Əl-Nəsr”in bərabərlik qolunu vurub.

Qələbə qolunu isə 50-ci dəqiqədə Kriştiano Ronaldu vurub. 41 yaşlı portuqaliyalının bu qolu karyerasında 978-ci olub.

Beləliklə, Ronaldu karyerasında 1000-ci qol həddinə çatmaq üçün daha 22 qola ehtiyac duyur.

“Əl-Nəsr” mövsümə keçirdiyi 4 oyunun hamısında qalib gəlib və 12 xalla turnir cədvəlinə başçılıq edir. “Əl-Taavun” isə 2 xalla 15-ci pillədə qərarlaşıb.

İdman.Biz