Hansi Flik: “Rodri bizim oyun üslubumuza mükəmməl uyğundur”

28 Avqust 2026 08:17
105
Hansi Flik: “Rodri bizim oyun üslubumuza mükəmməl uyğundur”

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik La Liqanın ikinci turunda “Atletik” üzərində 2:0 hesablı qələbəni və yeni transfer Rodri Ernandesin debütünü şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında Rodri barədə yüksək fikirlər səsləndirib.

“Hamı Rodrinin bizimlə oynamasından məmnundur. O, bizim üçün, oyun üslubumuz üçün mükəmməl futbolçudur. Bernal da əla oyun keçirdi”, - deyə Flik bildirib.

“Barselona”nın çalışdırıcısı komandasının qələbəsindən də razı qaldığını qeyd edib:

“Əsas məsələ evdə qələbə qazanmaq və qapımızı toxunulmaz saxlamaqdır. “Atletik” güclü rəqib idi, amma oyuna nəzarət edən tərəf biz olduq”.

Flik Rafinyanın hücum xəttindəki çıxışını da yüksək qiymətləndirib. O, braziliyalı futbolçunun sürətinin, intensivliyinin və qaçışlarının komandanın oyun planına uyğun gəldiyini vurğulayıb.

“Barselona”nın baş məşqçisi həmçinin gənc müdafiəçi Xavi Espartın çıxışından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Espart sol cinahda inamlı təsir bağışlayır və xüsusilə müdafiədə təkbətək mübarizələrdə yaxşı oynayır.

Qeyd edək ki, “Barselona” La Liqanın ilk iki turunda iki qələbə qazanaraq 6 xalla turnir cədvəlinin liderlərindən biridir.

İdman.Biz