“Çelsi” Enso Fernandesi 140 milyondan aşağı satmayacaq

26 Avqust 2026 05:29
87
“Çelsi” Enso Fernandesi 140 milyondan aşağı satmayacaq

İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Enso Fernandes yay transfer pəncərəsinin ən bahalı keçidlərindən birinin iştirakçısına çevrilə bilər.

İdman.Biz xəbər verir ki, “Çelsi” argentinalı futbolçunun transferi üçün “Mançester Siti”dən minimum 140 milyon avro (271 milyon AZN) tələb edir.

London klubu əvvəlcə 120 milyon avro istəyib, lakin daha sonra qiyməti 140 milyona yüksəldib.

“Mançester Siti”nin baş məşqçisi Enso Mareska argentinalını yaxşı tanıyır. Onlar daha əvvəl “Çelsi”də birlikdə çalışıblar.

Enso Fernandes ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 50 matçda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

İdman.Biz